“Başakşəhər” 4-cü hakimi meydandan qovdurub – YENİLƏNİB

“Başakşəhər” 4-cü hakimi meydandan qovdurub – YENİLƏNİB
  • Clock-gray 01:29
  • calendar-gray 09 Dekabr 2020

UEFA Çempionlar Liqasının VI turunda keçirilən PSJ – “Başakşəhər” oyununun yenidən davam etdiriləcəyini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubunun tələbi UEFA tərəfindən qəbul olunub.

Matçın əvvəllərində “Başakşəhər”in köməkçi-məşqçisi Pyerr Veboya qarşı irqçi sözlər işlədən və onun qırmızı vərəqə almasına səbəb olan 4-cü hakim Sebastian Kostantin Kolteskunun görüşü VAR otağından izləməsi qərara alınıb. Çünki istanbullular yalnız rumıniyalının meydana çıxmayacağı halda mübarizəni davam etdirməyə razı olacaqlarını qitə futbol qurumuna bildiriblər.

UEFA Kolteskunun əvəzinə meydana yeni 4-cü hakim çıxacağını və hər iki komandanın meydana çıxaraq mübarizəni davam etdirəcəyini açıqlayıb.

Lakin “Başakşəhər”in hücumçusu Demba Ba heç bir halda meydana çıxmaq istəmədiyini açıqlayıb. Komanda yoldaşları da rəhbərliyə bildirib ki, Ba oynamasa, onlar da meydana çıxmaqdan imtina edəcəklər.

***

Saat 00:36

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən PSJ – “Başakşəhər” oyunu yarımçıq dayandırılıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu matçın 14-cü dəqiqəsində meydanı tərk etmək qərarına gəlib.

Buna səbəb İstanbul təmsilçisinin köməkçi-məşqçisi Pyerr Veboya qarşı matçın dördüncü hakiminin irqçi ifadələr işlətməsinə baxmayaraq, rumıniyalı baş hakimin məhz kamerunlu sabiq hücumçuya qırmızı vərəqə göstərməsidir.

Buna narazılığı bildirən “Başakşəhər”in bütün kollektivi paltardəyişmə otağına yollanıb. Görüşün davam edib-etməyəcəyi bəlli deyil.

ApaSport

Digər xəbərlər