“Başakşəhər” ulduz futbolçusu ilə müqaviləni ləğv edib

“Başakşəhər” ulduz futbolçusu ilə müqaviləni ləğv edib
# 13 yanvar 2021 11:34 (UTC +04:00)

Türkiyənin “Başakşəhər” klubu ulduz futbolçusu Martin Şkrtellə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə son çempion rəsmi saytı vasitəsilə məlumat yayıb.

Slovakiya yığmasının müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. 37 yaşlı mərkəz müdafiəçisinin ayrılmasına səbəb Super Liqanın XV turunda “Kasımpaşa” ilə matçda (2:2) zədələnərək mövsümü başa vurmasıdır.

Qeyd edək ki, Martin Şkrtel “Başakşəhər”ə 2019-cu ilin yayında İtaliya klubu “Atalanta”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR