“Bavariya” Almaniya millisinin futbolçusunu transfer edib

“Bavariya” Almaniya millisinin futbolçusunu transfer edib
# 13 may 2020 14:49 (UTC +04:00)

“Bavariya” heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az saytının məlumatına görə, Münhen klubu “Hoffenhaym”ın oyunçusu Armindo Zipi transfer edib.

17 yaşlı hücumçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Almaniyanın U-17 millisinin üzvü iyulun 1-dən “Bavariya”nın U-19 komandasına qoşulacaq. O, birinci ilini akademiyada keçirdikdən sonra əsas kollektivə cəlb olunacaq.

Qeyd edək ki, “Leypsiq”in yetirməsi olan Armindo Zip “Hoffenhaym”a 2017-ci ildə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR