“Bavariya” Çempionlar Liqasında yeni rekord vurub

“Bavariya” Çempionlar Liqasında yeni rekord vurub
# 18 mart 2021 09:30 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubu ardıcıl 19-cu dəfə Çempionlar Liqasının 1/4 finalına çıxıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi bununla da yarışın mütləq rekorduna imza atıb.

“Bavariya” bunu İtaliya “Latsio”sunu keçməklə gerçəkləşdirib. Bundesliqa təmsilçisi cavab görüşündə 2:1 hesabı ilə qalib gəlib.

Bunadək “Bavariya” İspaniya “Barselona”sı ilə şərikli rekorda malik idi. Ardıcıl 18 dəfə 1/4 finala yüksələn La Liqa klubu bu il Fransa PSJ-sini keçə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR