“Bavariya” “Espanyol”un yarımmüdafiəçini alıb

“Bavariya” “Espanyol”un yarımmüdafiəçini alıb
# 04 oktyabr 2020 21:49 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, Bundesliqa klubu İspaniya təmsilçisi “Espanyol”un yarımmüdafiəçisi Mark Rokanı transfer edib.

Futbolçu ilə 5 illik müqavilə imzalanıb. 23 yaşlı Roka 2025-ci ilin yayına qədər Münhen təmsilçisində çıxış edəcək. “Bavariya” bu transfer üçün bonuslar nəzərə alınmadan 15 milyon avro ödəyib.

Qeyd edək ki, Roka “Espanyol”da keçirdiyi 121 oyunda 6 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR