"Bavariya" Filipp Koutinyonun müqaviləsini yeniləyəcək

"Bavariya"  Filipp Koutinyonun müqaviləsini yeniləyəcək
# 18 may 2020 23:08 (UTC +04:00)

"Bavariya" yarımmüdafiəçi Filipp Koutinyonun müqaviləsini yeniləyir.

Apasport.az saytının məlumatına görə, braziliyalı oyunçunun icarə müddəti uzadılacaq.

Münhen klubu "Barselona"dan icarəyə götürdüyü ulduz futbolçunu iyunun sonuna qədər olan sözləşməsini avqustun axırına qədər uzadacaq. Almanlar zədəli olduğu üçün iyunun ortalarına qədər sıradan çıxan Koutinyonun Çempionlar Liqasında və Almaniya Kubokunda komandaya kömək etməsini istəyir.

Qeyd edək ki, "Bavariya" Koutinyonun birdəfəlik transfer hüququndan yararlanmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR