“Bavariya” Jerom Boatenqlə vidalaşcaq

“Bavariya” Jerom Boatenqlə vidalaşcaq
  • Clock-gray 09:34
  • calendar-gray 08 Aprel 2021

“Bavariya” mövsümün sonunda müdafiəçisi Jerom Boatenqlə yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, bunu Münhen klubunun idman direktoru Hasan Salihamidziç deyib.

Klub rəsmisi bildirib ki, mərkəz müdafiəçisinin yaya qədər olan müqavilə müddəti yenilənməyəcək. Bu üzdən 33 yaşlı oyunçu mövsümün sonunda istədiyi yerə azad agent kimi keçə biləcək.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2011-ci ildən “Bavariya”nın formasını geyinir. Boatenq cari mövsüm 30 oyunda iştirak edib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

ApaSport

Digər xəbərlər