"Bavariya" ilə oyunun nəticəsi "Barselona" üçün tarixi antirekorda səbəb olub

"Bavariya" ilə oyunun nəticəsi "Barselona" üçün tarixi antirekorda səbəb olub
# 15 avqust 2020 00:58 (UTC +04:00)

Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya" ilə oyunun nəticəsi "Barselona" üçün tarixi antirekorda səbəb olub.

Apasport.az saytının məlumatına görə, rəqibinə 2:8 hesabı ilə yenilən kataloniyalılar ilk dəfə avrokuboklarda qapısında 8 top görüb.

Buna qədər ən ağır məğlubiyyət 8 sentyabr 1962-ci il tarixində Yarmarkalar Kubokunda "Valensiya" ilə görüşdə olub. Komanda həmin matçda da 2 qol vurmasına baxmayaraq, 6 dəfə mərkəzə dəvət edilmişdi.

"Bavariya" isə ilk 31 dəqiqə ərzində 4 qol vuraraq pley-offlarda bunu ən erkən vaxtda bacaran komanda olub.

Qeyd edək ki, "Bavariya" yarımfinalda "Mançester Siti" - "Lion" matçının qalibi ilə qarşılaşacaq. Həmin görüş avqustun 15-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR