“Bavariya” tarixinin daha iki rekorduna imza atıb

“Bavariya” tarixinin daha iki rekorduna imza atıb
# 05 iyul 2020 01:26 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubu tarixinin daha iki rekorduna imza atıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi bunu ölkə kubokunun finalında rəsmiləşdirib.

“Bayer” üzərində 4:2 hesablı qələbə “Bavariya” üçün ardıcıl 17-ci olub. Bütün turnirlərdə üst-üstə 17 qalibiyyət klub tarixinin rekordudur.

Münhenlilərin məğlubiyyətsiz oyunlar seriyası da rekord həddə - 26-ya çatıb. Son məğlubiyyət ötən il dekabrın 7-də keçirilən Mönhenqladbax “Borussiya”sı ilə matça təsadüf edib – 1:2.

Finaldakı qələbədə iki qolla pay sahibi olan Robert Levandovski də hər iki turnirin bombardiri olub. 34 qolla Bundesliqanın ən məhsuldar oyunçusu adını qazanan polşalı hücumçu kubokda 6 topla hamını qabaqlayıb. O, ümumilikdə mövsümün 43 matçında 51 qola sevinib.

Qeyd edək ki, “Bavariya” həm də 20-ci dəfə kubok sahibi və 13-cü “Qızıl dubl” müəllifi olmaqla da rekordlarını yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR