“Bavariya” yeni futbolçu almayacaq

“Bavariya” yeni futbolçu almayacaq
# 15 dekabr 2020 22:14 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubunun qış transfer dövrü ilə bağlı planları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi yeni futbolçu almağı planlaşdırmır.

Yayda 7 yeni futbolçu alan münhenlilər klubun akademiyasının yetirmələrinə də diqqət ayırmaq niyyətindədir. Oyunçu almayacaq klubdan iki futbolçunun gedəcəyi ehtimal olunur. Bunlar Cerom Boatenqlə David Alabadır.

Qeyd edək ki, “Bavariya” Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Bayer”dən 1 xal geridə olan münhenlilər “Leypsiq”i əlavə göstəricilərdə üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR