Almaniyanın “Bavariya” klubunun futbolçusu Coşua Kimmix əməliyyat olunub.
Apasport.az saytının məlumatına görə, Bundesliqanın Dortmund “Borussiya”sı ilə oyununda (3:2) xəsarət alan yarımmüdafiəçinin zədəsinin cərrahi müdaxiləsi uğurlu alınıb.
Meniskindən əməliyyat olunan Kimmixin bərpa dövrü uzun çəkəcəyi məlum olub. Münhen təmsilçisi onun 2021-ci ilin yanvarından tez meydana qayıtmayacağını açıqlayıb. Bu isə o deməkdir ki, futbolçu 2020-ci ili başa vurub.
“Bavariya”nın futbolçusu ili başa vurub
09 noyabr 2020 12:15 (UTC +04:00)