“Bavariya”nın prezidenti Alaba ilə bağlı son qərarı açıqlayıb

“Bavariya”nın prezidenti Alaba ilə bağlı son qərarı açıqlayıb
  • Clock-gray 13:09
  • calendar-gray 02 Noyabr 2020

Almaniyanın “Bavariya” klubu futbolçusu David Alaba ilə yollarını ayırmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, buna səbəb Avstriya millisinin üzvünün son təklifi də mənfi cavablandırması olub.

Münhen təmsilçisi 28 yaşlı sol cinah oyunçusuna yeni 5 illik saziş təklif etsə də, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Klub prezidenti Herbert Hayner yerli mətbuata açıqlamasında bundan sonra Alaba ilə heç bir danışıq aparılmayacağını və təklif edilməyəcəyini deyib. “Bavariya” qış fasiləsində ulduz futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, David Alabanın klubu ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

ApaSport

Digər xəbərlər