Belarus millisinin sabiq hücumçusu 37 yaşında ölüb

Belarus millisinin sabiq hücumçusu 37 yaşında ölüb
# 25 dekabr 2020 13:21 (UTC +04:00)

Belarus millisinin sabiq futbolçusu Maksim Sıqalko vəfat edib.

Apasport.az saytının məlumatına görə, hücumçu mövqeyində çıxış etmiş veteran 37 yaşında ölüb.

Karyerasının ən parlaq dövrünü Minsk “Dinamo”sunda keçirmiş forvard 2001-06-cı illərdə paytaxt klubunun formasını geyinib. O, 2004-cü ildə Belarus çempionu, 2002/03 mövsümündə ölkə kubokunun qalibi olub.

Milli komandaya cəlb olunduğu 2003-cü ildə 2 oyunda 1 qol vuran Sıqalko vətənində “Naftan” və “Savit”, Qazaxıstanda “Kaysar”, Ermənistanda “Banants”da çıxış edib. Maksim karyerasını zədələr üzündən 26 yaşında “Savit”də bitirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR