Belçika millisi baş məşqçisi ilə müqaviləni uzadıb

Belçika millisi baş məşqçisi ilə müqaviləni uzadıb
# 02 may 2020 12:41 (UTC +04:00)

Belçika milli komandasının baş məşqçisi Roberto Martineslə müqavilə uzadılıb.

Apasport.az saytının məlumatına görə, Belçika Kral Futbol Assosiasiyası mütəxəssislə əməkdaşlığı uzatmağı məqsədəuyğun sayıb.

Bu ilin yayında anlaşması başa çatacaq 46 yaşlı ispaniyalı ilə yeni müqavilə imzalanıb. Yeni razılaşma 2 il müddətinə nəzərdə tutulub. Martines koronavirus pandemiyasına görə təxirə salınan və 2021-ci ildə təşkil olunacaq AVRO-2020-də, həmçinin vəsiqə qazanılsa, DÇ-2022-də komandasına rəhbərlik edəcək.

Qeyd edək ki, Martines 2016-cı ilin yayından yığmanın baş məşqçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR