Benzema qol sayında Puşkaş və Etooya çatıb

Benzema qol sayında Puşkaş və Etooya çatıb
# 09 mart 2020 12:46 (UTC +04:00)

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema La Liqanın XXVII turunun “Betis”lə oyununda (1:2) növbəti qolunu vuraraq həm çempionatın legionerləri, həm klub tarixinin bombardirləri siyahısında 5-ci yerə şərik olub.

Apasport.az saytının məlumatına görə, fransalı La Liqada 162-ci dəfə fərqlənib.

O, çempionatda ən çox qol vuran əcnəbilər arasında 5-ci olan Samuel Etooya çatıb. İlk 4 pillədə isə Lionel Messi (438), Kriştianu Ronaldo (311), Uqo Sançes (234) və Alfredo di Stefano (227) qərarlaşıb.

32 yaşlı forvardın “Real”dakı ümumi qol sayı 241-ə çatıb. O, əfsanəvi Ferems Puşkaşa şərik çıxıb. Bu göstəricidə mütləq rekord Kriştianu Ronaldoya məxsusdur – 450 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR