“Beşiktaş” portuqaliyalı müdafiəçi ilə vidalaşıb

“Beşiktaş” portuqaliyalı müdafiəçi ilə vidalaşıb
# 09 aprel 2020 11:50 (UTC +04:00)

Türkiyənin “Beşitkaş” klubu futbolçusu Pedro Reboşo ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, İstanbul klubunun 25 yaşlı müdafiəçi ilə vidalaşmağa qərar verməsinə onun ümidləri doğrultmaması səbəb olub.

Portuqaliyalı müdafiəçi koronavirus pandemiyası üzündən yaranan fasilə dövründə yola salınıb. Mövsümün əvvəlində Fransanın Liqa2 təmsilçisi “Genqam”dan icarəyə götürülən legioner müqavilə ilə məxsus olduğu komandasına qayıdacaq.

Qeyd edək ki, Pedro cari mövsüm Super Liqada 9 oyuna çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR