“Beşiktaş”ın futbolçuları məşqdən imtina ediblər

“Beşiktaş”ın futbolçuları məşqdən imtina ediblər
# 17 mart 2020 12:15 (UTC +04:00)

Türkiyədə çıxış edən futbolçuların koronavirus pandemiyasının yayılmasına baxmayaraq, Super Liqa matçlarının keçirilməsinə etirazı davam edir.

Apasport.az saytının məlumatına görə, “Beşiktaş”ın oyunçuları artıq məşqlərə çıxmaqdan da imtina ediblər.

Super Liqanın XXVI turunda “Qalatasaray”la keçirilən oyundan (0:0) sonra klub rəhbərliyi ilə görüşən əcnəbi futbolçular təşviş içində olduqlarını və narahatlıq keçirdiklərini bildiriblər. Hətta amerikalı Tayler Boyd və fransalı Kevin Nkundu komandanın məşqinə çıxmaqdan imtina edib. Oyunçularla yanaşı, klublar da mövsümün dayandırılmaması fikri ilə razı deyillər.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası matçların azarkeşsiz keçirilməkdə davam edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR