"Beşiktaş"ın futbolçusu koronavirusdan sağalıb

"Beşiktaş"ın futbolçusu koronavirusdan sağalıb
# 15 iyul 2020 13:51 (UTC +04:00)

"Beşiktaş"ın futbolçusu Umut Nayir koronavirusdan sağalıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə hücumçu özü məlumat yayıb.

İyunun 24-də koronavirusa yoluxduğu müəyyənləşən 27 yaşlı hücumçu növbəti dəfə testdən keçib və bu gün nəticənin neqativ olduğunu açıqlayıb. Ancaq Türkiyə Futbol Federasiyasının tələbi ilə Nayir 5 gündən bir 3 dəfə testdən keçməlidir. Bu səbəbdən forvard mövsümün son iki turunu da buraxmalı olacaq.

Qeyd edək ki, Umut Nayir "Beşiktaş"a ötən ilin yayında "Bursaspor"dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR