“Beşiktaş”ın rəhbəri Klublar Birliyi Vəqfinin prezidenti seçilib

“Beşiktaş”ın rəhbəri Klublar Birliyi Vəqfinin prezidenti seçilib
  • Clock-gray 17:51
  • calendar-gray 05 Fevral 2021

Bu gün Türkiyədə Klublar Birliyi Vəqfinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda yeni prezident seçkisi keçirilib.

Bu vəzifəyə əsas namizədlər “Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi və onun “Fənərbaxça”dakı həmkarı Ali Koç olub. Super Liqa klublarının prezidentlərinin iştirak etdiyi səsvermədə rəqibini üstələyən Ahmet Nur Çebi Klublar Birliyi Vəqfinin yeni prezidenti seçilib.

Qeyd edək ki, vəqfin bundan əvvəlki rəhbəri “Göztəpə”nin prezidenti Mehmet Sepil olub.

ApaSport

Digər xəbərlər