"Beşiktaş"ın sabiq çalışdırıcısı "Qarabağ"da işləyəcək

"Beşiktaş"ın sabiq çalışdırıcısı "Qarabağ"da işləyəcək
# 29 yanvar 2020 21:32 (UTC +04:00)

Türkiyənin "Beşiktaş" və "Başakşəhər" klublarının aşağı yaş qrupu üzrə sabiq baş məşqçisi Öndər Karaveli bundan sonra Azərbaycanda işləyəcək.

Apasport.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis "Qarabağ"ın uğurları üçün çalışacaq.

Son olaraq "Başakşəhər"in U-19 komandasına rəhbərlik edən Karaveli "Qarabağ"da koordinator köməkçisi vəzifəsini icra edəcək. O, məşqçilik karyerası ərzində əvvəllər "Beşiktaş"ın U-21 komandasını çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR