Beynəlxalq Çempionlar kuboku ləğv olunub

Beynəlxalq Çempionlar kuboku ləğv olunub
# 11 aprel 2020 10:12 (UTC +04:00)

Futbol üzrə Beynəlxalq Çempionlar kuboku ləğv olunub.

Apasport.az saytının məlumatına görə, 2020-ci ildə keçirilməli olan yoldaşlıq turniri təşkil olunmayacaq.

Buna koronavirus pandemiyası səbəb olub. Təşkilatçıların yaydığı bəyanatda turnirin gələn il baş tuta biləcəyi əks olunub: “Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı, həmçinin beynəlxalq təqvimlə bağlı qeyri-müəyyənlik olduğundan turnirin keçirilməsi mümkünsüzdür. 2021-ci ildə ən yaxşı klublar və unudulmaz matçlarla qayıdacağımıza ümid edirik”.

Qeyd edək ki, 2013-cü ildən ənənəvi olaraq keçirilən turnirdə dünyanın aparıcı klubları iştirak edir. Hər ilin yayında bu komandalar müxtəlif ölkələrdə -əsasən də ABŞ və Asiyada üz-üzə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR