Bolqarıstan yığmasının qapıçısı Azərbaycandan təklif alıb

Bolqarıstan yığmasının qapıçısı Azərbaycandan təklif alıb
# 09 dekabr 2019 10:08 (UTC +04:00)

Bolqarıstan millisinin futbolçusu Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Sofiyanın “Slaviya” klubunda çıxış edən 31 yaşlı qapıçı adı açıqlanmayan təmsilçimizin maraq dairəsinə düşüb.

Üç ölkə komandalarının heyətinə qatmaq istədiyi G.Georgiyev Azərbaycan, Qazaxıstan və Ermənistan arasında seçim etməlidir.

Qeyd edək ki, Bolqarıstan millisində debütü bu il gerçəkləşən qolkiper 2 matça çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR