“Borussiya” Erlinq Holanda əvəzləyici tapıb

“Borussiya” Erlinq Holanda əvəzləyici tapıb
  • Clock-gray 12:57
  • calendar-gray 03 Mart 2021

Dortmund “Borussiya”sı komandanı tərk edəcəyi gözlənilən Erlinq Holanda əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu norveçli hücumçunu heyətində saxlaya bilməsə, Yussef En-Nasirinin keçidini həll etməyə çalışacaq.

İspaniya “Sevilya”sının 23 yaşlı forvardı Bundesliqa təmsilçisinin planlarına uyğun futbolçudur. Dortmundlular mərakeşlinin Erlinqi layiqincə əvəzləyə biləcəyini düşünür.

Qeyd edək ki, cari mövsüm La Liqada 13 qol vuran Yussef “Sevilya”nın ən yaxşı bombardiridir.

ApaSport

Digər xəbərlər