"Borussiya" "Yuventus"un futbolçusunu transfer edib

"Borussiya" "Yuventus"un futbolçusunu transfer edib
# 19 fevral 2020 01:48 (UTC +04:00)

Dortmund "Borussiya"sı "Yuventus"un yarımmüdafiəçisi Əmrə Canın transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi bu keçidi rəsmi saytı vasitəsilə bəyan edib.

"Borussiya" ötən ay mövsümün sonuna qədər icarəyə götürdüyü Əmrəni birdəfəlik heyətinə qatıb. Bu keçid turinlilərə 25 milyon avro qazandırıb. Almaniya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Əmrə Can "Yuventus"dan əvvəl "Bavariya", "Beyer" və "Liverpul"un formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR