“Borusssiya” 17 yaşlı futbolçu ilə anlaşıb

“Borusssiya” 17 yaşlı futbolçu ilə anlaşıb
# 03 iyul 2020 16:34 (UTC +04:00)

Dortmund “Borussiya”sı heyətinə daha bir gənc futbolçu qatır.

Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqasının mükafatçısı yarımmüdafiəçi Cud Bellingemi transfer edir.

İngiltərənin “Birminhem” klubunun 17 yaşlı futbolçusu üçün 20 milyon funt sterlinq ödəniləcək. Cud “Mançester Yunayted” heyətində görmək istəsə də, dortmundlular artıq yarımmüdafiəçinin özü ilə anlaşıb.

Qeyd edək ki, Bellingem cari mövsüm klub səviyyəsində 35 matç keçirib, 4 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR