Braziliya çempionatının finalında dava düşüb - VİDEO

Braziliya çempionatının finalında dava düşüb - VİDEO
# 22 dekabr 2020 14:02 (UTC +04:00)

17 yaşadək futbolçular arasında Braziliya çempionatının final oyununda kütləvi dava-dalaş düşüb.

Apasport.az saytının məlumatına görə, qalmaqal “Atletiko Paranaense” və “Fluminense” arasında görüşün ilk yarısının sonlarında başlayıb.

Meydan sahiblərinin futbolçusu rəqib hücumçuya qarşı qayda pozuntusuna yol verib. Ardınca iki oyunçu arasında dava düşüb. Hər iki komandanın üzvləri də onlara qoşulub. Klub nümayəndələri və ehtiyat oyunçular da davadan kənar qalmayıb. Sonda aranı sakitləşdirən hakimlər 9 futbolçuya qırmızı vərəqə verib.

Qeyd edək ki, “Fluminense” 2:1 hesablı səfər qələbəsi ilə çempion adına yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR