Braziliyada azarkeşlər arasında dava düşüb, bir nəfər öldürülüb

Braziliyada azarkeşlər arasında dava düşüb, bir nəfər öldürülüb
# 31 yanvar 2021 13:13 (UTC +04:00)

Braziliya futbolunda faciə baş verib.

Apasport.az saytının məlumatına görə, “Palmeyras”la “Korintians” azarkeşləri arasında dava düşüb.

Braziliya polisinin yaydığı məlumatda bildirilib ki, hadisə nəticəsində “Korintians”ın bir azarkeşi güllələnərək öldürülüb, biri isə yaralanıb. Həbs olunan 21 “Palmeyras” və 1 “Korintians” azarkeşinin üzərindən soyuq silah çıxıb.

Təhlükəsizlik qüvvələri döyüşün əvvəlcədən planlaşdırıldığını düşünür. “Palmeiras” azarkeşləri olan avtobus prospekt boyunca hərəkət edərkən mühasirəyə alınıb və kütləvi dava baş verib.

Qeyd edək ki, dünən gecə “Palmeyras”la “Santos” Rio-de-Janeyrodakı “Marakana” stadionunda Libertadores Kubokunun finalında üz-üzə gəlib və birincilər 1:0 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR