Bu gün Frenk Lempardın "Çelsi"dən gedişi açıqlanacaq

Bu gün Frenk Lempardın "Çelsi"dən gedişi açıqlanacaq
# 25 yanvar 2021 14:00 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubu baş məşqçisi Frenk Lempardı istefaya göndərməyə hazırlaşır.

Apasport.az saytının “Telegraph” nəşrinə istinadən məlumatına görə, London təmsilçisi artıq bu gün gənc mütəxəssisin gedişini elan edəcək.

Məlumatda bildirilib ki, rəhbərlik futbolçulara səhər bazaya gəlməməyi tapşırıb. Bu posta yenicə PSJ-dən ayrılan Tomas Tuxelin gətirilməsi gözlənilir.

Qeyd edək ki, Frenk Lempard “Çelsi”nin sükanı arxasına 2019-cu ilin yayında keçib. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR