Bundestim rekordunu yeniləyib

Bundestim rekordunu yeniləyib
# 26 mart 2021 13:17 (UTC +04:00)

DÇ-2022-nin seçmə mərhələsinə İslandiya ilə oyunla start götürən Almaniya yığması 3:0 hesablı qələbəyə sevinib.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşma Bundestim üçün əlamətdar olub.

Çünki Yoahim Lövün komandası seçmə mərhələlərdə ardıcıl 17-ci qələbəsini qazanıb. Bununla Lövün komandası öz rekordunu yeniləyib.

Qeyd edək ki, Almaniya yığması seçmə mərhələnin II turu çərçivəsində martın 28-də Rumıniya ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR