“Bursaspor”un rəmzi hesab olunan futbolçu koronavirusdan vəfat edib

“Bursaspor”un rəmzi hesab olunan futbolçu koronavirusdan vəfat edib
# 11 dekabr 2020 22:57 (UTC +04:00)

Türkiyənin “Bursaspor” klubunun rəmzlərindən sayılan İsmail Emil vəfat edib.

Apasport.az saytının məlumatına görə, “Küçük İsmail” ləqəbi ilə tanınan sabiq futbolçu 69 yaşında dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən sonra vəfat edib. İsmail Bursa təmsilçisinin tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmasında vurduğu qolla pay sahibi olub. 1973/74 mövsümündə Türkiyə kubokunda “Beşiktaş”ın qapısına yol tapan Emil komandasını finala və avrokuboklara daşıyıb.

Qeyd edək ki, İsmail 1971-75-ci illərdə “Bursspor”da oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR