CAR millisinin futbolçusu qəzada ölüb

CAR millisinin futbolçusu qəzada ölüb
# 13 dekabr 2020 13:53 (UTC +04:00)

CAR millisinin futbolçusu Motceka Medişa vəfat edib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı müdafiəçi yol nəqliyyat hadisəsi zamanı ölüb.

Qəza Yohannesburqun ətrafında baş verib. O, çıxış etdiyi “Mamelodi Sandaunz” klubunun 50 illiyinə həsr olunan tədbirdən sonra qəzaya düşüb.

Qeyd edək ki, 2015-ci ildən “Mamelodi Sandaunz”da oynayan Medişa bir müddət “Hallends Park”da icarədə olub. O, yığmada 13 matçda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR