CİES Azərbaycan Premyer Liqasında ən çox gənc futbolçulara güvənən klubların siyahısını açıqlayıb

CİES Azərbaycan Premyer Liqasında ən çox gənc futbolçulara güvənən klubların siyahısını açıqlayıb
# 04 may 2020 16:00 (UTC +04:00)

21 yaşadək futbolçuların daha çox şans qazandığı liqaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyasının araşdırmaları zamanı 84 ölkənin çempionatının göstəriciləri hesablanıb.

“Yaz-payız” sistemi ilə keçirilən liqalarda 2019, “payız-yaz” sistemi üzrə təşkil olunan çempionatlarda mövsümün ötən ilə aid hissəsi nəzərə alınıb. Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında hər oyunda orta hesabla 12,6 faiz gənc futbolçu iştirak edib. Bu, 84 ölkə arasında 48-ci nəticədir. Yaşı U-21-ə düşənlərin ən çox oynadığı çempionat Slovakiya (29 faiz), ən az isə Kiprdir (6 faiz).

Klublar arasında rekordçu “Vaşinqton Feniks”dir (Yeni Zelandiya) - 93,3 faiz. Antirekord isə 21 yaşadək oyunçulara güvənməyən onlarla klubdur.

Azərbaycan təmsilçiləri isə ümumi sıralamada liderlərdən çox uzaq düşüb. Təmsilçilərimiz nə ən çox, nə də ən az gəncə güvənənlərdəndir.

Premyer Liqa klubları arasında ən çox gənc futbolçudan yararlanan “Qəbələ”dir. “Sumqayıt” 2-ci, “Neftçi” isə 3-cüdür. “Qarabağ” isə yaşı 21-dək olanlara ən az şans verən komandadır.

Maraqlıdır ki, fərqli qütblərdə olan “Qəbələ” və “Qarabağ” Premyer Liqanın turnir cədvəlində də əks mövqelərdədir. Ağdam klubu lider, qəbələlilər sonuncudur.

Premyer Liqa klublarında 21 yaşadək futbolçular

Qəbələ

22,9%

Sumqayıt

18,8%

Neftçi

12,8%

Sabah

12,2%

Səbail

10,1%

Zira

9,2%

Keşlə

7,7%

Qarabag

7,2%

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR