Canluici Buffon ən azı 43 yaşına kimi oynayacağını açıqlayıb

Canluici Buffon ən azı 43 yaşına kimi oynayacağını açıqlayıb
# 05 iyul 2020 13:44 (UTC +04:00)

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasını bitirməyə tələsmir.

Apasport.az saytının məlumatına görə, 42 yaşlı qolkiper hələ ən azı daha bir il oynamağı düşünür.

Buffon hələ də yüksək səviyyədə oynamaq gücündə olduğunu bildirib: "Ən azı 43 yaşıma kimi burada olacağam. 40 yaşımdan bəri vəziyyəti aydan-aya nəzərdən keçirirəm. Əsas xüsusiyyətin yoxa çıxdığını görəndə uzaqlaşacağam. Bu da ən yüksək səviyyədə oynamaq bacarığıdır. Həmin vaxt çatanda ayrılacağam. Ancaq motivasiyalı və yaxşı formada olduğum müddətdə oynamaqda davam edəcəyəm. İndi məni heç nə oynamaqdan çox xoşbəxt etmir".

Qeyd edək ki, 1 illik PSJ karyerasını nəzərə almasaq, Canluici Buffon 2001-ci ildən "Yuventus"da çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR