"Çelsi" mövsümə qələbə ilə başlayıb

"Çelsi" mövsümə qələbə ilə başlayıb
# 15 sentyabr 2020 01:16 (UTC +04:00)

İngiltərə Premyer Liqasında I turun daha iki oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, gün meydan sahibləri üçün uğurlu alınmayıb.

"Şeffild Yunayted"in qonağı olan "Vulverhempton" ilk dəqiqələrdə vurduğu 2 cavabsız qolla qalib gəlib.

"Brayton"la səfərdə üz-üzə gələn yenilənmiş "Çelsi" də mövsümə qələbə ilə başlayıb.

Qeyd edək ki, Premyer Liqada II turun oyunları 19-21 sentyabrda keçiriləcək.

İngiltərə Premyer Liqası

I tur

14 sentyabr

"Şeffild Yunayted" - "Vulverhempton" - 0:2

Ximenes, 3, Saiss, 6

"Brayton" - "Çelsi" - 1:3

Trossard, 54 - Jorjinyo, 23 (pen.), Ceyms, 56, Zuma, 66

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR