“Çelsi” yeni baş məşqçisini bu gün açıqlayacaq

“Çelsi” yeni baş məşqçisini bu gün açıqlayacaq
# 26 yanvar 2021 16:29 (UTC +04:00)

Frenk Lempardı istefaya göndərən İngiltərənin “Çelsi” klubu yeni baş məşqçisini bu gün açıqlayacaq.

Apasport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, “zadəganlar” almaniyalı Tomas Tuxellə hərtərəfli anlaşma əldə edib. PSJ-nin sabiq çalışdırıcısı keçidi tamamlamaq üçün bu gün Londona yollanacaq. Klubun Tuxellə gün ərzində müqavilə imzalandığını elan edəcəyi bildirilib.

Yeni komandası ilə 1,5 illik müqavilə imzalayacaq 48 yaşlı mütəxəssis sabah “Vulverhempton”la Premyer Liqa matçında debüt edəcək.

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR