“Çelsi”nin baş məşqçisi postuna namizədlər bəlli olub

“Çelsi”nin baş məşqçisi postuna namizədlər bəlli olub
# 22 yanvar 2021 23:06 (UTC +04:00)

İngiltərənin “Çelsi” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın siyahısında adları olan mütəxəssislər artıq məlumdur.

Onlar arasında “Yuventus”un sabiq çalışdırıcısı Massimiliano Alleqrinin adı yoxdur. Hazırkı baş məşqçi Frenk Lempardla yollarını ayırmağı planlaşdıran londonlularda bu posta favorit PSJ-dən bir müddət əvvəl göndərilən Tomas Tuxeldir. Almaniyalının alternativi isə 2018/19 mövsümündə “Leypsiq”ə rəhbərlik edən Ralf Ranqnikdir.

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 29 xalla 8-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR