Çempionatı iyunda bərpa olunacaq 15 ölkənin siyahısı bəlli olub

Çempionatı iyunda bərpa olunacaq 15 ölkənin siyahısı bəlli olub
# 03 iyun 2020 11:43 (UTC +04:00)

Avropada futbol yavaş-yavaş öz axarına düşür.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən dayandırılan 53 ölkə çempionatının bəziləri artıq bərpa olunub.

Həmçinin iyunda da mövsümü bərpa etmək qərarına gələn ölkələr var. Konkret olaraq 15 ölkənin bu ay ərzində çempionatdakı mübarizəni qaldığı yerdən davam etdirəcəyi tarix bəllidir. Onlar arasında Azərbaycan Premyer Liqası da var. Martda XX turdan sonra dayandırılan ölkə birinciliyi iyunun 21-də bərpa olunacaq.

İyunun 2-də avstriyalılar məcburi fasilədən sonra ilk oyunlarını keçiriblərsə, bu gün Portuqaliya çempionatında XXV, Albaniya liqasında isə XXVII turun açılış görüşləri olacaq. Bundan başqa, Yunanıstan, Rumıniya iyunun 6-da, İspaniya 11-də, Türkiyə 12-də, Slovakiya 13-də, İsveç, Qazaxıstan 14-də, Norveç 16-da, İngiltərə 17-də, Rusiya 19-da, İsveçrə, İtaliya 20-də ölkə çempionatını bərpa etmək qərarına gəlib.

Belçika, Niderland, Fransa, Şotlandiya, Kipr, Lüksemburq, Malta, Uels və Cəbəllütariq kimi ölkələrdə isə mövsüm vaxtından əvvəl başa çatdırılıb. Bəzi ölkələr isə hələlik yekun qərarını verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR