Çempionlar Liqasında 2020-21 mövsümünün start tarixi dəqiqləşib

Çempionlar Liqasında 2020-21 mövsümünün start tarixi dəqiqləşib
# 17 aprel 2020 14:41 (UTC +04:00)

Çempionlar Liqasında (ÇL) 2020-21 mövsümünün qrup mərhələsinin başlama vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatı UEFA-nın gələn mövsümlə bağlı qərarını verdiyini iddia edib.

Məlumatda bildirilib ki, ÇL-in növbəti mövsümündə qrup mərhələsinin ilk oyunları 20-21 oktyabr tarixində keçiriləcək. Həmin ayın 22-də isə Avropa Liqasının qrupuna start veriləcək. Avrokubokların təsnifat mərhələləri isə iyulun sonundan sentyabra qədər keçiriləcək.

Qeyd edək ki, UEFA hazırda dayandırılan Çempionlar Liqasının final matçının avqustun 29-da, Avropa Liqasının həlledici görüşünün isə 26-da təşkilini planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR