Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb

Çempionlar Liqasında həftənin futbolçusu açıqlanıb
  • Clock-gray 15:54
  • calendar-gray 27 Noyabr 2020

UEFA Çempionlar Liqasında həftənin oyunçusunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV turunda baş tutan matçlardan sonra ən yaxşı adına Niderlandın “Ayaks” klubunun hücumçusu Duşan Tadiç layiq görülüb.

32 yaşlı serbiyalı forvard azarkeşlər arasında aparılan səsvermənin qalibi olub. O, bu yer uğrunda mübarizədə Ceydon Sanço (“Borussiya” Dortmund), Bruno Fernandeş (“Mançester Yunayted”) və Robin Qosensi (“Atalanta”) qabaqlayıb.

Qeyd edək ki, Duşan Tadiç “Ayaks”ın Danimarka təmsilçisi “Midtülland” üzərində 3:1 hesablı qələbə qazandığı matçda 2 məhsuldar ötürmə verib.

ApaSport

Digər xəbərlər