Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb
# 20 fevral 2020 09:48 (UTC +04:00)

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk həftəsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.

Bunlar Renan Lodi (“Atletiko”), Erlinq Haland (“Borussiya”, Dortmund), Hans Hatebur (“Atalanta”) və Uqo Lyorisdir (“Tottenhem”).

Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı fevralın 21-də açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR