Çempionlar Liqasında islahatlar aparılacaq

Çempionlar Liqasında islahatlar aparılacaq
# 29 aprel 2020 10:58 (UTC +04:00)

Çempionlar Liqasında islahatlar aparılacaq.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA 2024/25 mövsümündən başlayaraq qitənin ən nüfuzlu turnirində yenilik etməyi planlaşdırır.

Əsas dəyişiklik ondan ibarətdir ki, yarışa vəsiqələr fərqli şəkildə veriləcək. Bildirilir ki, bu addımla Çempionlar Liqasına ölkə çempionatında yüksək yer tutanların qatılmasına son qoyulacaq.

Yeni plana əsasən, son mövsüm deyil, 4 mövsümün nəticələrinə görə ən yaxşı reytinqə malik olanlar Çempionlar Liqasına yüksələcək. Yəni 2024/25 mövsümündə bu turnirə qatılmaq üçün klublar 2020/21 mövsümündən başlayaraq çempionatda yüksək nəticələr göstərməlidir.

Bu addım təsadüfi komandaların bir illik uğur sayəsində Çempionlar Liqasına düşməsinin qarşısını almağa, həmçinin elita səviyyəsində klubların yerini təmin etməyə xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR