Çempionlar Liqasının 1/8 finalında “Böyük beşlik” klubları oynayacaq

Çempionlar Liqasının 1/8 finalında “Böyük beşlik” klubları oynayacaq
  • Clock-gray 01:04
  • calendar-gray 12 Dekabr 2019

Çempionlar Liqasının 1/8 finalında yalnız 5 ölkəni təmsil edən komandalar mübarizə aparacaq.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsi başa çatmasa da, “Böyük beşlik”dən başqa kimsənin mübarizəni davam etdirməyəcəyi dəqiqləşib.

C qrupunda Ukrayna “Şaxtyor”u və Xorvatiya “Dinamo”su buna yaxın olsa da, “Atalanta” onları nəhənglərin yolundan kənarlaşdırıb. Nəticədə gələn il davam etdiriləcək turnirdə yalnız “Böyük beşlik” komandaları qalıb.

Düzdür, 16-cı vəsiqənin “Atletiko”, yoxsa “Bayer”ə qismət olacağı dəqiqləşməyib. Lakin hər iki komanda “Böyük beşlik” təmsilçisi olduğundan bu heç nəyi dəyişməyəcək.

İngiltərənin 4 komandasının hamısı - “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Tottenhem” 1/8 finala yüksəlib. Üç komandası tur adlayan İspaniya və Almaniyadan biri də futbolun yaradıcılarına qoşulacaq. İspaniyadan “Barselona”, “Valensiya” və  “Real” artıq qrupdan çıxıb. Almaniyada isə  bunlar “Bavariya”, “Leypsiq” və “Borussiya” D komandalarıdır. İtaliya da 3 klubla 1/8 finala gedir. Bunlar “Yuventus”, “Atalanta” və “Napoli”dir. PSJ və “Lion”a ümid edəcək Fransanın iki təmsilçisi qalıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date