Çempionlar Liqasının final mərhələsi öncəsi “Atletiko”nun 2 futbolçusunda koronavirus aşkarlanıb

Çempionlar Liqasının final mərhələsi öncəsi “Atletiko”nun 2 futbolçusunda koronavirus aşkarlanıb
# 09 avqust 2020 23:25 (UTC +04:00)

İspaniyanın “Atletiko” klubunda iki koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin Çempionlar Liqasının Portuqaliyadakı final mərhələsinə yollanmazdan öncə verdiyi testlərdən ikisi müsbət nəticələnib.

Yoluxanların adları açıqlanmır. Həmin iki nəfər Lissabona aparılmayıb.

Qeyd edək ki, “Atletiko” avqustun 13-də 1/4 finalda Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR