Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər

Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər
# 18 mart 2021 10:41 (UTC +04:00)

Çempionlar Liqasının final oyununun tamaşaçılarla keçirilməsi planlaşdırılır.

Apasport.az saytının məlumatına görə, UEFA Türkiyənin İstanbul şəhərindəki həlledici oyunun boş tribunlar önündə keçirilməsinin əleyhinədir.

Qurum mayın 29-dakı qarşılaşmaya hər iki komandanın azarkeşlərinin, həmçinin yerli tamaşaçıların buraxılmasına nail olmağa çalışır. 1/4 və 1/2 final matçları ilə bağlı analoji istəyi çətinə düşən UEFA bunun finalda reallaşacağına ümidlidir. Amma hələlik stadionun tutumunun neçə faizi qədər tamaşaçının matça buraxılacağı dəqiqləşməyib.

Qeyd edək ki, finalın təşkil olunacağı Olimpiya Stadionunu 80500 tamaşaçı tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR