Cennifer Lopes klub alır

Cennifer Lopes klub alır
# 23 aprel 2020 14:38 (UTC +04:00)

Dünyanın ən məşhur cütlükləri arasında göstərilən Cennifer Lopeslə sevgilisi Aleks Rodriges idman sektoruna qoşulmaq fikrinə düşüb.

Apasport.az saytının məlumatına görə, onlar beysbol komandası olan "Nyu York Mets"in səhmlərini almağa hazırlaşırlar.

ABŞ kino ulduzu Cennifer Lopes və keçmiş peşəkar beysbolçu Aleks Rodrigesin ümumi sərvəti 700 milyon dollardan çoxdur. Onlar dünyanın ən məşhur beysbol klubu "Nyu York Mets"i almaq üçün danışıqlara başlayıb. Rodrigesin "Nyu York Mets"in əzəli rəqibi "Nyu York Yankkes"də 12 il çıxış etdikdən sonra belə fikrə düşməsi birmənalı qarşılanmayıb.

"Nyu York Mets"in hazırkı satış dəyəri 1,5 milyard dollardır. Cütlük klubu bank krediti sayəsində almaq istəyir.

Qeyd edək ki, cütlük ötən ilin mart ayında evlənmək qərarına gəliblər. Lakin koronavirus pandemiyası ilə əlaqədar toyları təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR