Conatan Jubert: “Azərbaycanla matçlarda Lüksemburqun əsas hədəfi xallar qazanmaq olacaq”

Conatan Jubert: “Azərbaycanla matçlarda Lüksemburqun əsas hədəfi xallar qazanmaq olacaq”
  • Clock-gray 10:42
  • calendar-gray 14 Mart 2020

“Lüksemburq yaxşı qrupda yer alıb. Rəqiblərimiz sırasında yaxşı komandalar var”.

Bunu apasport.az saytına Lüksemburq millisinin sabiq futbolçusu Conatan Jubert deyib.

Yığmasının kapitanı olmuş 40 yaşlı qolkiper Millətlər Liqasındakı rəqibləri dəyərləndirib. “Düdelanj”da çıxış edən futbolçu bildirib ki, Montenqro, Kipr və Azərbaycan millisi ilə oyunlar heç də asan olmayacaq: “Lüksemburq qrupda uğurlu nəticələr üçün oynayacaq. Təbii ki, Azərbaycan da bunun üçün mübarizə aparacaq. Yığmanızla matçlarda da Lüksemburqun əsas hədəfi xallar qazanmaq olacaq. Necə alınacağını isə oyunlar göstərəcək”.

2010-cu ildə yoxlama görüşü çərçivəsində Azərbaycana qarşı oynamış və millimizin qələbəsinin şahidi olmuş Jubert, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində heç-heçə başa çatan qarşılaşmalarda Lüksemburqun qapısını qoruyub. Jubert hər üç görüşü xatırlayıb: “Həmin matçlar yadımdadır. Həm biz, həm də Azərbaycan yaxşı nəticələr üçün oynayırdı. Həmin görüşlər olduqca maraqlı alınmışdı. Bu dəfə də belə olacağını düşünürəm”.

Qeyd edək ki, 40 yaşlı kiper 2006-2017-ci illər arasında Lüksemburq millisinin qapısını qoruyub, 90 oyunda meydana çıxıb.

ApaSport

Digər xəbərlər