David Alaba “Bavariya”dan ayrılacağını açıqlayıb

David Alaba “Bavariya”dan ayrılacağını açıqlayıb
# 16 fevral 2021 17:49 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alabanın mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidmətinə 29 yaşlı futbolçu özü açıqlayıb.

O bildirib ki, karyerasında yeni mərhələyə başlamaq üçün münhenlilərlə vidalaşmaq qərarına gəlib: “Bu asan qərar deyildi. 13 ilimi burada keçirdim və “Bavariya” ürəyimə çox yaxındır”.

Qeyd edək ki, Alabanın mövsümün sonunda İspaniya klubu “Real”la 4 illik müqavilə imzalaması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR