Davide Ballardini “Cenoa”ya baş məşqçi kimi 4-cü dəfə qayıdır

Davide Ballardini “Cenoa”ya baş məşqçi kimi 4-cü dəfə qayıdır
# 15 dekabr 2020 17:41 (UTC +04:00)

İtaliyanın “Cenoa” klubunda növbəti baş məşqçi dəyişikliyi olacaq.

Apasport.az saytının məlumatına görə, son illərdə çalışdırıcısını tez-tez dəyişən Genuya təmsilçisi Rolando Maranı istefaya göndərəcək.

Klub rəhbərliyi komandanın çıxışından narazı qaldığı üçün mütəxəssislə yollarını ayırmaq niyyətindədir. Onu Davide Ballardininin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, əvvəllər üç dəfə (2010-11, 2013, 2017-18) “Cenoa”nın baş məşqçisi olan Ballardini Genuya klubundan ayrılandan sonra işsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR