Dimitar Berbatov: “Messi və Ronaldo ilk “üçlüy”ə layiq deyil”

Dimitar Berbatov: “Messi və Ronaldo ilk “üçlüy”ə layiq deyil”
# 16 dekabr 2020 17:25 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Dimitar Berbatov FİFA-nın müəyyənləşdirdiyi ilin futbolçusu mükafatına namizədlərlə bağlı fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, bolqarıstanlı keçmiş forvard finalçılardan yalnız “Bavariya”lı Robert Levandovskinin ora düşməyə layiq olduğunu söyləyib.

39 yaşlı mütəxəssis digər finalçılar “Yuventus”un hücumçusu Kriştianu Ronaldo və “Barselona”nın kapitanı Lionel Messi barədə eyni fikirdə deyil: “Messi və Ronaldonun finalçılar arasında olmasına təəccübləndim. Çünki orada olmağa layiq deyillər. İnanıram ki, mükafatı Robert Levandovski alacaq. O qalib gəlməsə, ədalətli olmaz. Robert qolları ilə mənim və bir çoxlarının ən çox sevdiyi oyunçu oldu. Ümid edirəm ki, bu il FİFA mükafatı ona verəcək”.

Qeyd edək ki, 2020-ci ilin ən yaxşıları dekabrın 17-də İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə müəyyənləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR