"Dinamo" Aleksey Mixayliçenkonu istefaya göndərib

 "Dinamo" Aleksey Mixayliçenkonu istefaya göndərib
# 20 iyul 2020 16:44 (UTC +04:00)

Kiyev "Dinamo"su baş məşqçi Aleksey Mixayliçenkonu istefaya göndərib.

Apasport.az xəbər verir ki, bu barədə Ukrayna klubu rəsmi saytı vasitəsilə bildirib.

57 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də vəzifəsindən uzaqlaşdırılıb. Rəhbərlik hələlik yeni baş məşqçini müəyyənləşdirməyib.

Qeyd edək ki, Aleksey Mixayliçenko ötən ilin avqustunda "Dinamo"nun sükanı arxasına keçib. Kiyevlilər çempionatda 2-ci yeri tutub və ölkə kubokunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR